Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndə heyəti Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şuranın (МГС) 67-ci müşavirəsinə qatılıb.
Hibrid formatda keçirilən iclasda MDB ölkələrinin standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya üzrə milli orqanlarının, MDB-nin İcraiyyə Komitəsinin və Dövlətlərarası Şuranın Standartlar Bürosunun nümayəndələri iştirak ediblər.
Müşavirə zamanı МГС - 2030 strategiyası üzrə tədbir və mexanizmlərin həyata keçirilməsi üçün Tədbirlər Planının icrası, dövlətlərarası Standartlaşdırma Proqramı (ПМС) və maliyyələşdirmə mexanizmləri, Şuraya yeni sədrin seçilməsi, standartlaşdırma üzrə yeni dövlətlərarası texniki komitələrin yaradılması və digər məsələlər ətrafında müzakirələr aparılıb.