ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndələri Çində beynəlxalq seminarda iştirak ediblər
5 Dekabr, 2025

     Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndələri Çin Xalq Respublikasının Çendu və Tianjin şəhərlərində keçirilən “İnkişaf etməkdə olan ölkələr üçün yaşıl enerji və dayanıqlı inkişaf üzrə standartlaşdırma” mövzusunda beynəlxalq seminarda iştirak ediblər.


Çin Xalq Respublikası Ticarət Nazirliyi, Bazar Tənzimlənməsi üzrə Dövlət Administrasiyası, Beynəlxalq Rəsmi Şəxslər üçün Akademiya (AIBO) və Çendu Standartlaşdırma İnstitutunun birgə təşkilatçılığı ilə keçirilən seminarın məqsədi Çin və inkişaf etməkdə olan ölkələr arasında yaşıl enerji və dayanıqlı inkişaf sahəsində standartlaşdırma təcrübələrinin mübadiləsi və əməkdaşlığın təşviq edilməsindən ibarət olub.


Seminar çərçivəsində yaşıl enerji, bərpa olunan mənbələr, enerji səmərəliliyi və davamlı inkişaf sahələrində Çinin çoxillik təcrübəsi, həmçinin bu sahədə tətbiq edilən milli və beynəlxalq standartlaşdırma yanaşmaları barədə məlumat verilib. Həmçinin bərpa olunan enerji üzrə qabaqcıl standartlar, ağıllı şəbəkə texnologiyaları, karbon emissiyalarının azaldılması strategiyaları və yaşıl infrastrukturun inkişafı ilə bağlı müasir çağırışlardan bəhs olunub.

 

Tarix:

5 Dekabr, 2025