Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi İsveç Krallığının paytaxtı Stokholm şəhərində Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 126 “Tütün və tütün məhsulları” Texniki Komitəsinin 40-cı plenar iclasında, həmçinin ISO/TC SC3 “Vape və buxar məhsulları”, ISO/TC SC3 /WG3 “Buxar məhsullarının emissiyalarının sınaqdan keçirilməsi üçün analitik üsullar” və ISO/TC SC3 /WG4 “Elektron siqaret cihazları üçün tələblər və sınaq üsulları” işçi qruplarının iclaslarında iştirak edib.
İsveç Standartlaşdırma İnstitutu (SİS) tərəfindən təşkil edilən iclaslara ölkəmizlə yanaşı, texniki komitəyə üzv olan digər ölkələrin müvafiq standartlaşdırma qurumlarından 60-a yaxın nümayəndə qatılıb.
İclaslarda yeni beynəlxalq standart layihələrinin müzakirəsi, mövcud standartların yenilənməsi, yeni işçi qrupların yaradılması, bəzi standartlar üzrə düzəlişlərin edilməsi məsələlərinə nəzər salınıb. Həmçinin ISO 21160:2018 “Siqaretlər - Siqaretlərin əsas tüstüsindəki seçilmiş karbonillərin təyini - Yüksək effektiv maye xromatoqrafiyasından istifadə üsulu” standartının yenilənməsi üzrə təkliflər dinlənilib.


