ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi Çex Respublikasında keçirilən Beynəlxalq Standartlaşdırma Təşkilatının ( ISO) Texniki Komitəsinin iclasında iştirak edib
9 İyul, 2025

   Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) ISO/TC 122 “Qablaşdırma” Texniki Komitəsinin 26-cı plenar iclasında və həmin komitənin ISO/TC 122/WG 9 “Qablaşdırma üçün əlçatan dizayn” işçi qrupunun 19-cu iclasında iştirak edib.

Sözügedən tədbirlər Çex Respublikasının paytaxtı Praqa şəhərində “Çex Respublikasının Standartlar, Metrologiya və Sınaq İdarəsi” (ÚNMZ) və “Texniki sahələr üzrə İnformasiya və Metrologiya Mərkəzi” (CIMTO) tərəfindən təşkil edilib.

İclasda Azərbaycanla yanaşı, texniki komitəyə üzv olan digər ölkələrin müvafiq standartlaşdırma qurumlarından 40-a yaxın nümayəndə iştirak edib.

İclas zamanı qablaşdırma sahəsində terminologiya və təriflər, texniki xüsusiyyətlər, performans tələbləri, sınaq üsulları, eləcə də əlaqəli texnologiyaların tətbiqi ilə bağlı standart layihələri müzakirə olunub.

 

 

 

Tarix:

9 İyul, 2025