ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi ISO/COPOLCO İstehlakçı Siyasəti Komitəsinin plenar iclasında iştirak edib
29 May, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının paytaxtı London şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində AZSTAND nümayəndəsi Britaniya Standartlar İnstitutu (BSI) tərəfindən təşkil edilən Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) İstehlakçı Siyasəti Komitəsinin (ISO/COPOLCO) 46-cı plenar iclasında, o cümlədən seminarlarda iştirak edib.Plenar iclas çərçivəsində təşkil edilən seminar zamanı cəmiyyətə faydalı olan standartların hazırlanmasında istehlakçıların iştirakını təşviq etmək və müsbət təsirini artırmaq üçün milli standartlaşdırma qurumlarının rolu müzakirə edilib.

İclasda həmçinin ISO/COPOLCO-nun sədri, ISO-nun baş katibi, Komitənin işçi qrupları - ISO/COPOLCO/WG 21 Kommunikasiya və  təbliğat qrupu, ISO/COPOLCO/WG 22 İstehlakçı standartları fəaliyyət qrupu, ISO/COPOLCO/WG 23 Bacarıqların artırılması və təlim qrupu, ISO/COPOLCO/WG 24 İstehlakçı təhlükəsizliyi qrupu tərəfindən hesabatlar təqdim olunub.

Bundan əlavə, “Süni İntellekt əsrində istehlakçıların müdafiəsi” mövzusunda keçirilən BSI Standartlar Konfransında sürətlə inkişaf edən texnologiyalar dövründə standartların formalaşdırılması zamanı istehlakçı səsinin zəruriliyi, süni intellektin ədalət, təhlükəsizlik və inklüzivlik nəzərə alınmaqla inkişaf etdirilməsi və tətbiqi, o cümlədən risklərinin məsuliyyətlə idarə olunması məqsədilə beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində müzakirələr aparılıb. 

Qeyd: Hazırda Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin bazasında  “İstehlakçı Siyasəti” üzrə Texniki Komitənin yaradılması ilə bağlı işlərə başlanılıb.  Bu  Komitədə ISO/COPOLCO tərəfindən qəbul edilmiş beynəlxalq standartlar əsasında dövlət standartlarının hazırlanması nəzərdə tutulub.

 

Tarix:

29 May, 2025