Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Standartlaşdırma, Metrologiya və Sertifikatlaşdırma üzrə Dövlətlərarası Şurasının (МГС) Kataloqlaşdırma üzrə İşçi Qrupun (РГК) 7-ci müşavirəsində iştirak edib.
“Rəqəmsal Dünyada Məhsullar - 2025. Rəqəmsal Ontologiya kimi Təsnifat və Kataloqlaşdırmanın İnkişaf Yolu” 2-ci Beynəlxalq Konfrans çərçivəsində keçirilən müşavirəyə Azərbaycanla yanaşı, Belarus, Qazaxıstan, Özbəkistan, Rusiya, Tacikistan və digər standartlaşdırma üzrə milli orqanların, habelə Standartlaşdırma Bürosunun nümayəndələri qatılıblar.
Müşavirə zamanı məhsulların (işlərin, xidmətlərin) dövlətlərarası kataloqunun formalaşdırılması, həmçinin MDB-yə üzv dövlətlərin vahid dövlətlərarası kataloqlaşdırma sisteminin yaradılması, istifadəsi və inkişafı sahəsində əməkdaşlıq sazişi, eləcə Şuranın normativ-texniki sənədləri müzakirə edilib.
Sonda İşçi Qrupun 8-ci müşavirəsinin 2025-ci ilin payızında keçirilməsi məsələsinə nəzər salınıb.