AZSTAND rəhbərliyi İtaliyanın “Böyük iyirmiliyə” (G20) sədrliyi ilə oktyabrın 28-də videokonfrans formatında keçirilmiş "Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmağa töhfə verən G20 Standartlaşdırma Təşkilatları" mövzusunda İnsanlar, Planetlər və Rifah üçün Beynəlxalq Standartlar Sammitində iştirak etmişdir.
Sammit İtaliyanın milli standartlaşdırma qurumları (CEI və UNI) tərəfindən beynəlxalq standartlaşdırma təşkilatları (IEC, ISO və ITU) ilə əməkdaşlıq çərçivəsində təşkil olunub.
Görüşdə həmçinin G20 ölkələrinin iqtisadi və akademik ictimaiyyətinin, beynəlxalq təşkilatların və müxtəlif analitik mərkəzlərinin nümayəndələri iştirak ediblər.