Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi (ADEA) beynəlxalq səviyyəli Uyğunluq Sertifikatları ilə təltif edilib.
“Dövlət ehtiyatlarının yaradılması və idarə olunması" tətbiq sahəsi üzrə AZS ISO 9001:2020 “Keyfiyyəti İdarəetmə Sistemləri. Tələblər” , AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri. Tələblər və tətbiq üzrə rəhbərlik” və AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartlarına uyğun sertifikatlaşdırma xidmətlərinin həyata keçirilməsi müəssisə və təşkilatlarda tətbiq olunan idarəetmə sistemlərinin müvafiq dövlət və beynəlxalq standartların tələblərinə uyğunluğunu yoxlayır, onların təkmilləşdirilməsinə dəstək olur.
Beynəlxalq standartlara uyğun təqdim olunan sertifikatların əsas məqsədi dövlət ehtiyatlarının etibarlı, səmərəli və keyfiyyətli şəkildə idarə olunmasını təmin etmək, bu sahədə şəffaflıq və davamlı inkişaf mexanizmlərini qurmaqdır.
Tədbir zamanı Agentliyin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərovun, Azərbaycan Standartlaşdırma İnstitutunun rəhbər heyətinin və ADEA-nın aidiyyəti struktur nümayəndələrinin iştirakı ilə təqdimat mərasimi təşkil olunub.
Tədbirin yekununda müvafiq sertifikatlar təqdim edilib.