ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən AZS ISO/IEC 17065:2021 və AZS 498:2022 standartları üzrə təlim keçirilib
18 Noyabr, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17065:2021 “Uyğunluğun qiymətləndirilməsi. Məhsulların, proseslərin və xidmətlərin sertifikatlaşdırılmasını aparan orqanlara dair tələblər” və AZS 498:2022 “Uyğunluğun qiymətləndirilməsi. Malların sertifikatlaşdırma qaydası”  standartları üzrə təlim təşkil olunub.

Təlim AZSTAND-ın Məhsulların və xidmətlərin sertifikatlaşdırılması şöbəsinin müdiri Habil Hümbətov tərəfindən keçirilib.

Tədbirdə AZSTAND nümayəndələri ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Laboratoriya, Ekspertiza və Sertifikatlaşdırma Mərkəzi, Azərbaycan Turizm Bürosu, “Azsertcenter” MMC, "AzInTelecom" MMC-dən ümumilikdə 30 nümayəndə iştirak edib.

Təlim zamanı ISO/IEC 17065:2021 standartının məqsədi, əhatə dairəsi, əsas anlayış və tələbləri barədə ətraflı məlumat verilib. Eyni zamanda, məhsul, proses və xidmətlərin sertifikatlaşdırılması üzrə fəaliyyət göstərən orqanların idarəetmə sistemi, qərəzsizlik prinsipi, resursların idarə olunması, uyğunluğun qiymətləndirilməsi və sənədləşdirmə prosesi ilə bağlı məlumatlar diqqətə çatdırılıb.  

Təlimin sonunda iştirakçılarla interaktiv müzakirələr aparılıb, onların sualları cavablandırılıb və müxtəlif praktiki situasiyalar üzərində təcrübə mübadiləsi həyata keçirilib.

 

 

Tarix:

18 Noyabr, 2025