Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” standartı əsasında daxili auditor təlimi keçirilib.
Təlimdə AZSTAND əməkdaşları ilə yanaşı, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan “Su və Meliorasiya Kompleksinin Layihələndirilməsi İnstitutu” PHŞ və “Regional Su Meliorasiya Xidməti” PHŞ, Azərbaycan Metrologiya İnstitutu PHŞ, AZPROMO, “Azpetrol Ltd”, “Elite Construction” MMC, “Protean” MMC, “Raban” MMC və “TEMP” LTD də daxil olmaqla olmaqla dövlət və özəl qurumların 40-a yaxın nümayəndəsi iştirak edib.
Təlimin əsas məqsədi peşə sağlamlığı və təhlükəsizliyi sahəsində beynəlxalq tələblərə uyğun idarəetmə sisteminin qurulması, tətbiqi və təkmilləşdirilməsi istiqamətində iştirakçıların bilik və bacarıqlarının artırılmasından ibarətdir.
Bu biliklər həmçinin təşkilat və müəssisələrdə daxili proseslərin optimallaşdırılması, risklərin minimuma endirilməsi və əməliyyat xərclərinin azaldılması ilə səmərəliliyin artırılmasına xidmət edəcəkdir.
