ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən daxili auditor təlimi təşkil olunub
25 İyul, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən ISO/IEC 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə dair ümumi tələblər” beynəlxalq standartı əsasında daxili auditor təlimi təşkil olunub.

Sözügedən təlimdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC, “Azneft” İB-nin “Neft Daşları” və "28 May” NQÇİ-lər, “İstisu” mineral su zavodu və “Zəhmət-Ruzi” MMC-lərin, eləcə də digər təşkilatların nümayəndələri iştirak ediblər.

Təlim, beynəlxalq standartların tələblərinə uyğun hazırlanmış proqram əsasında Türkiyənin “Esenek" Tədris Mərkəzinin rəhbəri Halil Çelik tərəfindən keçirilib.

Təlimin məqsədi laboratoriyaların fəaliyyətinin beynəlxalq standartların tələblərinə uyğun şəkildə təşkil olunmasını təmin etmək, o cümlədən personalın peşəkarlıq səviyyəsini və səriştəliliyini artırmaqdır.

Qeyd edək ki, təlimin nəticələri əsasında təqdim olunan sertifikatlar İngiltərənin beynəlxalq “IRCA” təşkilatında qeydiyyata alınacaq.

 

Tarix:

25 İyul, 2025