ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən daxili auditor təlimləri keçirilib
17 Mart, 2025

   Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri” və AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” mövzularında daxili auditor təlimləri keçirilib.

Sözügedən təlimlərdə Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin və "İstisu" mineral su zavodunun əməkdaşları iştirak ediblər.

Təlimlər zamanı əldə edilən biliklər təşkilat və müəssisələrdə mövcud idarəetmə sistemlərinin beynəlxalq standartların tələblərinə uyğunlaşdırılması, daxili proseslərin optimallaşdırılması, risklərin minimuma endirilməsi və idarəetmə səmərəliliyinin artırılması, o cümlədən personalın səriştəliliyi və peşəkarlığının yüksəldilməsi, əməliyyat xərclərinin azaldılması və resursların daha effektiv istifadəsinə fayda verəcəkdir.

Təlimlərin sonunda imtahandan uğurla keçən iştirakçılara daxili auditor sertifikatı təqdim olunub.

 

 

Tarix:

17 Mart, 2025