ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən Dövlət Sosial Müdafiə Fonduna ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə sertifikat təqdim olunub.
10 Dekabr, 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna ISO 9001:2015 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə sertifikat təqdim olunub. Bu standartın tətbiqi Fonda əhaliyə xidmətin vətəndaş məmnunluğu prinsipi əsasında təşkilində, idarəetmə sisteminin təkmilləşdirilməsi işlərində dəstək olacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Himalay Məmişov bildirib ki, Fondun fəaliyyətinin ISO 9001 standartının tələblərinə uyğunlaşdırılması məqsədilə ilkin olaraq əməkdaşlara interaktiv formada təlimlər keçirilib. Təlimlərdən sonra təşkil edilən imtahan zamanı işçilərin bilik və bacarıqları yoxlanılıb və onlar beynəlxalq nümunəli “Keyfiyyəti idarəetmə sisteminin daxili auditoru” sertifikatları ilə təltif olunublar.

Azərbaycan Standartlaşdırma İnstitutunun İdarəetmə sistemlərinin sertifikatlaşdırılması orqanının rəhbəri Saday Əliyev qeyd edib ki, Fondun ISO 9001:2015 standartı əsasında keyfiyyəti idarəetmə sisteminin sertifikatlaşdırılması üçün keyfiyyət sahəsində siyasət və məqsədlər, keyfiyyət üzrə rəhbərlik sənədi, keyfiyyət idarəetmə sisteminin prosedurları, proseslərin tətbiqi üçün təlimatlar işlənərək təsdiq edilib.

 

 

Tarix:

10 Dekabr, 2021