ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən Dövlət Sosial Müdafiə Fondunun əməkdaşlarına ISO 9001 sertifikatları təqdim edilmişdir.
26 Avqust, 2021

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunda beynəlxalq ISO standartlarının Fondda tətbiqi ilə bağlı zəruri işlər görülür.

Belə ki, Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) ilə əməkdaşlıq çərçivəsində beynəlxalq sertifikatlaşmanın tətbiqi istiqamətində Fondun əməkdaşlarına “ISO 9001 – Keyfiyyətin idarə edilməsi sistemi. Tələblər”lə bağlı təlimlər keçirilmişdir. Təlimlərdə iştirak edən Fondun 17 əməkdaşı sonda test üsulu ilə keçirilən imtahanı uğurla başa vurmuş və 2021-ci il 25 avqust tarixində onlara ISO 9001 sertifikatları təqdim edilmişdir.

Tarix:

26 Avqust, 2021