Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən AZS ISO 19011:2022 “İdarəetmə sistemlərinin auditi üzrə rəhbəredici sənəd” standartı əsasında təlim təşkil olunub.
AZSTAND-ın İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən keçirilən təlimdə Agentlik əməkdaşları ilə yanaşı, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Qafqaz Müsəlmanları İdarəsi, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi, Azərbaycan Metrologiya İnstitutu, “Baku Bus” MMC, “Azpetrol Ltd” MMC və “Sara Qrup” QSC-dən ümumilikdə 28 nəfər iştirak edib.
Təlimin əsas məqsədi idarəetmə sistemləri auditinin planlaşdırılması üzrə iştirakçıların bilik və bacarıqlarının artırılması, eləcə də təşkilatlarda idarəetmə sistemlərinin beynəlxalq standartların tələblərinə uyğun davamlı təkmilləşdirilməsinə töhfə verməkdir.
Təlim proqramı çərçivəsində audit prinsipləri, auditorların səriştəliliyi, riskə əsaslanan audit yanaşması, audit proqramlarının hazırlanması, icrası, qiymətləndirilməsi və nəticələrinin sənədləşdirilməsi mövzularına xüsusi diqqət yetirilib.



