ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən növbəti daxili auditor təlimləri keçirilib
31 İyul, 2025

    Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu  (AZSTAND) tərəfindən AZS ISO 9001:2020 “Keyfiyyəti idarəetmə sistemləri. Tələblər”, AZS ISO 14001:2021 “Ətraf mühiti idarəetmə sistemləri” və AZS ISO 45001:2021 “Peşə sağlamlığı və təhlükəsizliyini idarəetmə sistemləri” mövzularında daxili auditor təlimləri keçirilib.

Təlimlərdə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi, Enerji Məsələlərini Tənzimləmə Agentliyi, İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti və Müdafiə Sənayesi Nazirliyinin Elmi-Tədqiqat İnstitutunun, o cümlədən “Elseym” və “Azinvest” QSC-lərin, “Azərbiznes”, “Bakı Kimya”, “Fərid İnsaat”, “Famaga və “TAİS” MMC-lərin nümayənədələri iştirak ediblər.

Təlimlərdə keyfiyyət, ətraf mühit və peşə sağlamlığı və təhlükəsizliyi üzrə idarəetmə sistemlərinin əsas prinsipləri, beynəlxalq standartlara uyğun tələblər və onların müəssisədaxili tətbiq mexanizmləri izah edilib. İştirakçılara daxili auditin məqsədi, planlaşdırılması və həyata keçirilməsi mərhələləri barədə praktiki biliklər verilib. Eyni zamanda risk əsaslı yanaşma, qiymətləndirmə və sənədləşmə metodları təqdim olunub.

Sonda qeyd olunan mövzular üzrə qrup şəklində çalışmalar yerinə yetirilib.

 

Tarix:

31 İyul, 2025