ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND tərəfindən təməl və daxili auditor təlimi təşkil olunub
16 Oktyabr, 2025

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə Türk Standartları İnstitutu (TSE) tərəfindən ISO 22000:2018 “Qida təhlükəsizliyi idarəetmə sistemləri – Qida zəncirində iştirak edən bütün təşkilatlar üçün tələblər” beynəlxalq standartı əsasında təməl və daxili auditor təlimləri təşkil olunub.

Təlim Türk Standartları İnstitutunun (TSE) peşəkar təlimçiləri Semra Şenel və Ezgi Çelik tərəfindən onlayn formatda keçirilib.

Təlimdə AZSTAND-ın nümayəndələri ilə yanaşı, Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi, Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi, “Babək “Sirab” ASC, “El-Oba” QSC, “İstisu mineral su zavodu”, “Grandmart”, “AZGİDASERT”, “Tais İKF”, “Sabko”, “Məişət İST” MMC - lərdən ümumilikdə 30 nümayəndə iştirak edib.

Müvafiq beynəlxalq standartın tələblərinə uyğun hazırlanmış proqram əsasında təşkil olunan təlim çərçivəsində iştirakçılara ISO 22000:2018 beynəlxalq standartının əsas prinsip və tələbləri, qida təhlükəsizliyi üzrə idarəetmə sisteminin qurulması, tətbiqi və onun effektivliyinin qiymətləndirilməsi sahəsində praktiki biliklər təqdim olunub. Həmçinin risklərin idarə olunması, normativ tələblərə uyğun fəaliyyətin təmin olunması barədə geniş məlumat verilib.

 

Tarix:

16 Oktyabr, 2025