İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Səudiyyə Ərəbistanı krallığının Standartlaşdırma, Metrologiya və Keyfiyyət Qurumunun (SASO) nümayəndə heyəti arasında görüş keçirilib.
Görüşdə qurumlar arasında standartlaşdırma və uyğunluğun qiymətləndirilməsi sahəsində əməkdaşlığın inkişafı, halal sertifikatlaşdırma sahəsində təcrübə mübadiləsi və qarşılıqlı fəaliyyətlərin təşkili, həmçinin, Səudiyyə Ərəbistanı Krallığına Azərbaycan məhsullarının ixracı məqsədilə məhsulların “G” markalanması və s. məsələləri müzakirə edilib.
Eyni zamanda, mal və xidmətlərin idxal və ixrac olunması, təkrar ixracat, satış və məhsulların tanıtımı, bu istiqamətdə görüləcək işlərə dair fikir mübadiləsi aparılıb.
Qeyd: Görüş 1 noyabr 2023-cü il tarixində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında əməkdaşlığa dair Müştərək Komissiyanın yeddinci iclasının protokoluna əsasən müəyyən edilmiş tədbirlərin icrası və qurumlar arasında qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə həyata keçirilib.