ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND/TK 27-nin növbəti iclası keçirilib
7 Sentyabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) tərəfindən təsis edilən “Toxum və əkin materiallarının, tütün və tütün məmulatlarının, qeyri-ənənəvi qida məhsullarının və yem bitkiləri”nin standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 27) növbəti iclası keçirilib.
İclasda Azərbaycan Standartlaşdırma İnstitutu, Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutu və “TABATERRA” QSC-nin nümayəndələri iştirak ediblər.
Görüşdə AZS 037-2023 “Dənli (qarğıdalı istisna olunmaqla), dənli-paxlalı və yarmalı bitkilərin toxumlarının sort və səpin keyfiyyəti”, AZS 131-2023 “Toxumun keyfiyyəti haqqında sənədlər” və AZS 134-2023 “Toxumların cücərmə qabiliyyətinin təyin edilmə üsulları” dövlət standartlarının layihələri müzakirə edilib. Daha sonra standart layihələrinə rəy və təkliflərin bildirilməsi üçün müvafiq qurumlara göndərilməsi barədə qərar qəbul edilib. 
İclasda eyni zamanda, AZS XXX “Elektron siqaret məhsulları. Ümumi texniki şərtlər” dövlət standartının layihəsi müvafiq qurumlar tərəfindən təqdim olunan rəy və təkliflər nəzərə alınmaqla müzakirə edilib və sonda dövlət standartının layihəsinin qəbulu üçün Azərbaycan Standartlaşdırma İnstitutuna təqdim edilməsinə dair qərar qəbul edilib.
 

Tarix:

7 Sentyabr, 2023