21 oktyabr 2021-ci il tarixində AZSTAND/TK 34 "Aşqarlar, sürtkü yağları, sürtkülər və xüsusi mayelər" Standartlaşdırma üzrə Texniki Komitənin onlayn formatda birinci iclası keçirilmişdir. İclasda AMEA-nın akademik Ə.M.Quliyev adına Aşqarlar Kimyası İnstitutunun, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin, AMEA-nın Y.H. Məmmədəliyev adına Neft-Kimya prosesləri İnstitutunun, “Azərenerji” ASC-nin, H.Əliyev adına Neft Emalı Zavodunun, “Təcrübə Sənaye Zavodu” MMC-nin, “Technoil” MMC-nin nümayəndələri iştirak etmişdirlər. İclasda Texniki Komitənin üzvləri ilə tanışlıq, Komitənin fəaliyyəti və atılacaq addımlar haqqında müzakirələr aparılmış, habelə yeni üzvlərin qəbul edilməsi barədə səs vermə keçirilmişdir.