Sentyabrın 25-də İqtisadiyyat Nazirliyinin Birləşmiş Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə 27 sentyabr - Anım Gününə və şanlı Qələbəmizin ildönümünə həsr olunmuş mini futbol çempionatına start verilib.
Turnirdə İqtisadiyyat Nazirliyi Aparatının, strukturuna daxil olan və tabeliyindəki qurumların 45 komandası iştirak edir.
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTAND) və “Azərbaycan Akkreditasiya Mərkəzi” PHŞ-nin (AZAK) əməkdaşlarından ibarət birgə komanda da turnirin iştirakçısıdır.