ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND və Çexiyanın İnşaat üzrə Texniki və Sınaq İnstitutu (TSUZ) arasında görüş keçirilib
20 Oktyabr, 2023

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunda (AZSTAND) Çexiya Respublikasının İnşaat üzrə Texniki və Sınaq İnstitutunun (TSUZ) nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüşdə ölkəmizdə standartlaşdırma sisteminin inkişafı və müasir tələblərə uyğunlaşdırılması, texniki reqlamentlərin Avropa İttifaqı direktivləri əsasında təhlükəsizlik tələblərinə uyğun olaraq hazırlanması, beynəlxalq qurumlarla əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlər barədə məlumat verilib. 

Bundan əlavə, tərəflər Çexiya Respublikasında tikinti materialları sahəsində görülmüş işləri barədə, tikinti direktivlərinin (Regulation EU № 305/2011) tətbiqi ilə bağlı fikir mübadiləsi həyata keçiriblər. 

Görüş çərçivəsində eyni zamanda mövcud əlaqələr, əməkdaşlıq perspektivləri nəzərdən keçirilib, qarşılıqlı əməkdaşlığın vacibliyi vurğulanıb.
 


Tarix:

20 Oktyabr, 2023