ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND və KYSAKADEMİ-nin birgə təşkilatçılığı ilə baş auditor təlimi keçiriləcək.
12 İyun, 2024

Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) və Kalite Yönetim Sisteminin (KYSAKADEMI) birgə təşkilatçılığı ilə 22-23, 29-30 iyun 2024-cü il tarixlərində ISO 9001 Keyfiyyəti idarəetmə sistemləri, ISO 45001 Peşə sağlamlığı və təhlükəsizliyinin idarəetmə sistemləri, ISO 14001 - Ətraf mühiti idarə etmə sistemləri, tələblər və istifadə üzrə rəhbəredici göstərişlər standartları əsasında  onlayn formatda baş auditor təlimi keçiriləcək.

AZS ISO 9001:2020 standartının tətbiqinin məqsədi idarəetmə sisteminin keyfiyyət strukturunu inkişaf etdirmək, müəssisələrin fəaliyyətində effektiv iş prosesi və  səmərəliliyin təmin edilməsinə şərait yaratmaqdır.

AZS ISO 14001:2021 standartının tətbiqinin məqsədi Azərbaycan Respublikasındakı maraqlı  təşkilatlar  arasındakı  qarşılıqlı  əlaqənin  yaxşılaşdırılmasına, müəssisələrə daxil olan şikayətlərin araşdırılması səbəblərinin aradan qaldırılmasına və idarə edilməsinə, müştəri məmnuniyyətinin artırılmasına,  təşkilatda müştəriyönümlü yanaşmanı formalaşdırmağa imkan yaratmaqdır.

AZS ISO 45001:2021  standartının tətbiqinin məqsədi  baş verə biləcək potensial risklərin və fəaliyyət pozulmalarının qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə tədbirlərin həyata keçirilməsini təmin etməkdir.

Təlimin sonunda keçirilən mövzu üzrə imtahan keçiriləcək. İmtahandan uğurla keçən şəxslərə təlimi müvəffəqiyyətlə bitirmələri haqqında beynəlxalq səviyyəli auditor sertifikatı təqdim olunacaq. Digər şəxslərə isə “İştirakçı sertifikatı” veriləcək.

Qeydiyyat üçün əlaqəli şəxs: İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri - Saday Əliyev, (+994 12) 514 96 03 (dax tel: 115)

E-mail:office@azstand.gov.az

s.aliyev@azstand.gov.az

mob:+994 50 312 15 49

 

Tarix:

12 İyun, 2024