ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART COP29-un Standartlar Pavilyonunda iştirak edəcək
7 Noyabr, 2024

Pavilyonda AZSTANDART tərəfindən enerji səmərəliliyi, dayanıqlı inkişaf, ekoloji təmiz nəqliyyat vasitələri və kənd təsərrüfatı mövzularına həsr olunmuş sessiyalar keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ (AZSTANDART) 11-22 noyabr 2024-cü il tarixlərində COP29-un “Mavi zona”sı üzrə Standartlar Pavilyonunda iştirak edəcək.

İqlim dəyişiklikləri ilə bağlı planların və fəaliyyətlərin həyata keçirilməsi, bu sahədə effektiv alətlər kimi standartların tətbiqinin təşviq edilməsi məqsədilə Standartlar Pavilyonunda AZSTANDART-la yanaşı, ISO (Beynəlxalq Standartlaşdırma Təşkilatı), IEC (Beynəlxalq Elektrotexniki Komissiyası), UL Sandards&Engagement (UL standartları və əməkdaşlıq), WBCSD (Davamlı İnkişaf üçün Dünya İş Şurası), Better Cotton (Ən Keyfiyyətli Pambıq), ICMM (Mədənçıxarma və Metallar üzrə Beynəlxalq Şura), ITU (Beynəlxalq Telekomminikasiya Birliyi), OIML (Qanunverici Metrologiya üzrə Beynəlxalq Təşkilat), PEFC (Meşə Sertifikatının Təsdiqlənməsi Proqramı), SMIIC (İslam Ölkələrinin Standartlar və Metrologiya İnstitutu) kimi beynəlxalq təşkilatlar da iştirak edəcək.

AZSTANDART tərəfindən 15 noyabr tarixdə Enerji/Sülh, Yardım və Bərpa tematik günü ilə bağlı “İqlim dəyişikliyinin qarşısını almaq üçün standartlar” və “Enerji səmərəliliyi standartları” mövzularında, 16 noyabr tarixdə Elm, Texnologiya və İnnovasiya/Rəqəmsallaşma tematik günü ilə bağlı “Dayanıqlı Elm və Texnologiya üçün Standartlar” mövzusunda, 18 noyabr İnsan inkişafı/ Uşaqlar və Gənclər/Sağlamlıq/Təhsil tematik günü ilə bağlı “Gələcək Nəsil üçün Dayanıqlı İnkişaf Standartları” mövzusunda, 19 noyabr Qida, Su və Kənd Təsərrüfatı tematik günü ilə bağlı “Təmiz Su və Ekoloji Kənd Təsərrüfatı” mövzusunda, 20 noyabr Urbanizasiya/Nəqliyyat/Turizm tematik günü ilə bağlı “Ekoloji təmiz nəqliyyat vasitələri” mövzusunda sessiyalar təşkil ediləcək. Sessiyalarda beynəlxalq və yerli ekspertlər tərəfindən iqlim fəaliyyətinin gücləndirilməsi və bu sahədə standartların rolu barədə müzakirələr aparılacaq.

 

Tarix:

7 Noyabr, 2024