ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART “Dayanıqlı gələcək üçün gənclərin standartlaşdırmadakı rolu” mövzusunda seminar keçirib
11 Oktyabr, 2024

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə birgə əməkdaşlıq çərçivəsində “Dayanıqlı gələcək üçün gənclərin standartlaşdırmadakı rolu” mövzusunda seminar keçirib. 

ADNSU-da təşkil olunan seminarın keçirilməsində məqsəd tələbələrin standartlaşdırma sahəsində məlumat bazasının gücləndirilməsi, gənclərin bu sahədə rol və iştirakının artırılmasıdır.
Seminar “AZS ISO 9001:2020 - Keyfiyyəti idarəetmə sistemi”, “AZS ISO 14001:2021-Ətraf mühitin idarəetmə sistemi”, “AZS ISO 45001:2021 - Əməyin mühafizəsi və təhlükəsizliyi idarəetmə sistemləri” və “AZS ISO 50001:2022 - Enerji idarəetmə sistemi”  standartlarına dair mövzuları əhatə edib. 

Sözügedən seminarda AZSTANDART-ın İdarəetmə Sistemlərinin baş auditoru Cahandar Muradov “Dayanıqlı gələcək üçün gənclərin standartlaşdırmadakı rolu” mövzusunda geniş təqdimatla çıxış edib. Standartlaşdırma sahəsində gənclərin fəal iştirakının dəstəkləndiyini diqqətə çatdırıb.

Seminarın yekununda İnstitutun təlimçiləri seminarda verilən nümunələr üzrə uğurlu təqdimatla çıxış edən tələbələri  mükafatlandırıblar.

 

Tarix:

11 Oktyabr, 2024