ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART-ın Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında təkmilləşdirilmiş sınaqların tətbiqinə başlanılıb.
26 Avqust, 2024

   İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) Laborator-sınaq şöbəsinin Neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında qaz xromatoqrafiyası üsulu ilə təbii qaz və digər bütün qaz komponentlərinin sınaqları təkmilləşdirilib, eyni zamanda yeni üsulla sınaqların tətbiqinə başlanılıb.

Müasir dövrdə qaz xromatoqrafiyası üsulu ilə həyata keçirilən sınaqlar dünya təcrübəsində perspektivli metod kimi maddələrin bölünməsi və analizində geniş tətbiq edilir. Bu üsulun digər fiziki-kimyəvi analiz metodları ilə müqayisədə üstün cəhəti onun ekspress üsul hesab edilməsi, yəni nəticələrin yüksək templə əldə olunmasıdır.  


Tarix:

26 Avqust, 2024