Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndə heyəti Avropa Standartlaşdrma Komitəsinin (CEN) Baş Assambleyasının 60-cı iclası və Avropa Elektrotexniki Standartlaşdırma Komitəsi (CENELEC) ilə birlikdə təşkil edilən 16-cı ümumi sessiyada iştirak edib.
CEN və CENELEC-in illik iclası 26-27 iyun tarixlərində Niderland Krallığının paytaxtı Amsterdam şəhərində Royal Niderland Standartlaşdırma İnstitutu (NEN) tərəfindən təşkil edilib. İllik iclasa CEN və CENELEC-in üzvü olan 34 milli standartlaşdırma qurumunun, Avropa və Beynəlxalq standartlaşdırma təşkilatlarının nümayəndələri qatılıblar.
İclas çərçivəsində CEN və CENELEC üçün strateji prioritetlər və əsas nailiyyətlər, idarəetmə məsələləri və gələcək görüşlər barədə müzakirələr aparılıb, həmçinin müvafiq sahələr üzrə illik hesabat təqdim olunub və panel müzakirələri təşkil edilib.