ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART nümayəndələri Çin Xalq Respublikasında təşkil olunan seminarlarda iştirak ediblər.
12 Sentyabr, 2024

   Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndələri Çin Xalq Respublikasının Pekin şəhərinə səfər ediblər. Səfər çərçivəsində AZSTANDART-ın əməkdaşları “Qlobal İnkişaf Təşəbbüsü çərçivəsində Rəqəmsal Ticarət və Əməkdaşlıq”, o cümlədən “Enerji əməkdaşlığı və enerjiyə qənaət. Enerji səmərəliliyin artırılması” mövzularında seminarlara qatılıblar.

Hər iki seminarda “Bir kəmər, bir yol” layihəsində iştirak edən ölkələrin nümayəndələri təmsil olunub.

Maarifləndirici tədbirlər çərçivəsində rəqəmsal ticarətin ölkə iqtisadiyyatlarına mümkün təsirləri, o cümlədən, “yaşıl enerji”nin sosial-iqtisadi tərəqqidə rolu, karbon emissiyasının azaldılması, enerji səmərəliliyinin artırılması və bu sahələrdə qabaqcıl dünya təcrübəsinin öyrənilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Tədbirin praktiki hissəsində seminar iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.

 

Tarix:

12 Sentyabr, 2024