Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndəsi ISO və IЕС-in birgə təşkilatçılığı ilə İsveçrənin Cenevrə şəhərində keçirilən illik toplantıda iştirak edib. Sözügedən tədbirin mövzusu SMART Konfransa həsr olunub.
Konfrans zamanı rəqəmsal texnologiyaların və SMART həllərin təşkilatlarda tətbiqinə dair strateji istiqamətlərin müəyyənləşdirilməsi, rəqəmsal təkamül və SMART texnologiyaların tətbiqi qaydalarının müzakirəsi, müvafiq sahələrdə yeniliklər və gələcək perspektivlər barədə müzakirələr aparılıb.
Həmçinin iştirakçı ölkələrin ekspertləri ilə SMART və rəqəmsal həllərin tətbiqində yaranan çətinliklərə qarşı effektiv həll yollarına nəzər salınıb.