ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND nümayəndəsi “Qida sənayesi və qida təhlükəsizliyi” Forumunda iştirak edib
23 Dekabr, 2024

   Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) nümayəndəsi Azərbaycan Texnologiya Universiteti (ATU) və Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) təşəbbüsü ilə keçirilən Ulu Öndər Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “Qida sənayesi və qida təhlükəsizliyi” Forumunda iştirak edib.

Forumda qida sənaye sahəsini təmsil edən yerli və xarici ekspertlər, dövlət və özəl sektor nümayəndələri, müvafiq sahədə təhsil alan tələbələr, gənc müəllim və alimlər iştirak ediblər.

Forum çərçivəsində AZSTAND-ın Aqrar və qida sənayesinin standartlaşdırılması şöbəsinin nümayəndəsi “Qida sənayesində təhlükəsizlik və keyfiyyət standartları” mövzusunda təqdimatla çıxış edib. 

Bundan əlavə, təşkil olunan panel müzakirələri zamanı qida təhlükəsizliyi və bitki mühafizəsi, heyvandarlıq məhsullarının keyfiyyəti və təhlükəsizliyi, müvafiq sahədə müasir texnologiyalar və innovasiyalar, o cümlədən iqlim dəyişikliyi mövzularında çıxışlar dinlənilib.

 

 

Tarix:

23 Dekabr, 2024