Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTANDART) nümayəndəsi Yaponiya Hökümətinin Tokio şəhərinə işgüzar səfər edib. Səfər çərçivəsində AZSTANDART nümayəndəsi Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) “İnsan resurslarının idarəedilməsi” standartlaşdırma üzrə Texniki Komitəsinin (ISO/TC 260) iclasında iştirak edib.
İclasa ölkəmizlə yanaşı Yaponiya, Almaniya, Böyük Britaniya, Belçika, İtaliya, Koreya, Çin, Monteneqro və digər ölkələrin standartlaşdırma üzrə qurumlarından 60-dan çox nümayəndə qatılıb.
Tədbir zamanı standartlaşdırma üzrə sözügedən Texniki Komitənin təqdim etdiyi beynəlxalq standart layihələrinə dair üzv ölkələr tərəfindən verilən rəy və təkliflərin tətbiqi imkanları müzakirə olunub, həmin layihələrin icrası üzrə səsvermə həyata keçirilib.
Daha sonra insan resurslarının idarəedilməsi sahəsində hazırlanması nəzərdə tutulan standart layihələri üzrə müvafiq işçi qruplarının nəzdində fəaliyyət göstərmələri üçün ekspertlər təyin edilib.
Sonda Texniki Komitənin gələcək planları və qarşıda duran məsələlərə dair fikir mübadiləsi aparılıb.