ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTANDART tərəfindən “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartı üzrə təlim keçirilib
18 Dekabr, 2024

   Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən ISO 14001 - “Ətraf mühiti idarəetmə sistemləri. Tələblər və istifadə üzrə rəhbəredici göstərişlər” standartının mahiyyəti və üstünlükləri barədə təlim təşkil olunub.

İnstitutun İdarəetmə sistemlərinin və personalın sertifikatlaşdırılması şöbəsinin müdiri Saday Əliyev tərəfindən keçirilən təlimdə ölkədə fəaliyyət göstərən 26 müəssisə və təşkilatın nümayəndələri iştirak ediblər.

Təlim zamanı ətraf mühitin idarəetmə və ekoloji tarazlıq sistemlərindən, keyfiyyət göstəricilərindən, sözügedən standarta dair normativ istinadlardan, termin və təyinlərdən,  fəaliyyətin qiymətləndirilməsi mexanizmindən, planlaşdırma və təkmilləşdirmə proseslərinin mahiyyətindən bəhs olunub.

Qeyd edək ki, təlim Azərbaycan Respublikası Nazirlər Kabinetinin tapşırığına əsasən, “Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiya”nın “Korporativ idarəetmə, investisiyalar və korporativ sosial məsuliyyət” işçi qrupunun 2024-cü il üzrə Fəaliyyət Planı əsasında təşkil edilib.

 

Tarix:

18 Dekabr, 2024