Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) tərəfindən təsis edilən “Toxum və əkin materiallarının, tütün və tütün məmulatlarının, qeyri-ənənəvi qida məhsullarının və yem bitkiləri”nın standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 27) növbəti iclası keçirilib.
İclasda AZSTANDART-la yanaşı Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Əkinçilik Elmi Tədqiqat İnstitutunun və “PRİME LİGHT” MMC-nin nümayəndələri iştirak ediblər.
Görüş zamanı türk standartlarının - TS 13626:2014 “Çovdar unu”, TS 13625:2024 “Yulaf unu” audentik tərcüməsi əsasında hazırlanmış AZS TS 13626:2024 “Çovdar unu”, AZS TS 13625:2024 “Yulaf unu”, o cümlədən AZS XXX:2024 “Qızdırılan tütün məhsulları. Texniki şərtlər” dövlət standart layihələri müzakirə edilib, iştirakçıların rəy və təklifləri dinlənilib.
İclasın sonunda AZSTAND/TK 27 üzvlərinin səsverməsi əsasında yeni standart layihələri qəbul edilməsi üçün AZSTANDART-a təqdim olunub.