Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTANDART) və Beynəlxalq Standartlaşdırma Təşkilatı (ISO) tərəfindən birgə əməkdaşlıq çərçivəsində “Gender Fəaliyyət Planı”nın (Gender Action Plan) müddəalarının icrası məqsədilə təlim təşkil olunub.
Onlayn formatda keçirilən təlimdə İnstitut əməkdaşları ilə yanaşı dövlət və özəl qurumların nümayəndələri, həmçinin Texniki Komitələrin üzvləri iştirak ediblər.
ISO nümayəndəsi Dr. Ronda Zelezny-Green tərəfindən keçirilən təlim zamanı ISO 53800 “Məlumat və sənədləşdirmə – Rəqəmsal qeydlərin idarə edilməsi – Ümumi baxış və prinsiplər”, ISO 26000 “Sosial Məsuliyyətə dair rəhbərlik”, eləcə də ISO 5218 “İnformasiya texnologiyaları - İnsan cinslərini göstərmək üçün kodlar” kimi beynəlxalq standartlar müzakirə edilib. Həmçinin gender bərabərliyinə aid əsas anlayışları özündə əks etdirən standartların müxtəlif sahələrdə təşviqi, tətbiq qaydası və şərtlərinə nəzər salınıb.