Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi tərəfindən AZT 052-2018 “Cinayətkarlığın statistik təsnifatı”nın "Uşaq hüquqları haqqında", "Yol hərəkəti haqqında", "Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında", "Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında", "Torpaq bazarı haqqında", "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında", "Kiçik sahibkarlığa dövlət köməyi haqqında", "Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında", "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında", "İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında" Azərbaycan Respublikasının qanunlarında və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hərbi xidmətkeçmə haqqında Əsasnamə" də dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2020-ci il 19 may tarixli 109-VIQD nömrəli Qanununa uyğunlaşdırılması məqsədi ilə təklif edilmiş dəyişikliklərə əsasən AZT 052 “Cinayətkarlığın statistik təsnifatı” na dəyişiklik edilmişdir.
AZT 052 “Cinayətkarlığın statistik təsnifatı” na dəyişiklik Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi Kollegiyasının 2021-cu il tarixli 12 fevral tarixli 2/2 nömrəli qərarı ilə təsdiq edilmişdir
Dəyişiklik edilmiş AZT 052:2021 “Cinayətkarlığın statistik təsnifatı” İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin 31 mart 2021-ci il tarixli 212323400031 saylı əmri ilə təsdiq edilmiş və qüvvəyə minmə tarixi 02. 04.2021 -ci il müəyyən edilmişdir.