ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZT 053:2018 “Məhsul növləri təsnifatı” nın IV variantına 1 saylı dəyişiklik təsdiq edilmişdir
1 İyul, 2021

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 30 mart tarixli 80 nömrəli Qərarı ilə təsdiq edilmiş “Ərzaq balansının tərtibi mexanizminin təkmilləşdirilməsi ilə bağlı Tədbirlər Planı”nın 2-ci “İstehsal, idxal və ixrac olunan buğdanın təyinatı və (və ya) siniflər üzrə bölgüsü barədə məlumatları əldə etmək məqsədilə mövcud təsnifat sistemlərinin təkmilləşdirilməsi” bəndinin icrası məqsədi ilə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin müraciəti əsasında “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs tərəfindən AZT 053:2018 “Məhsul növləri təsnifatı”ın IV variantına 1 saylı dəyişiklik edilmişdir.

AZT 053:2018 “Məhsul növləri təsnifatı” nın IV variantına edilmiş 1 saylı dəyişiklik  İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin  312323400061 saylı 29 iyun 2021-ci il tarixli əmri ilə Azərbaycan Respublikasının “Standartlaşdırma haqqında” Qanununa uyğun olaraq dövlət qeydiyyatına alınmış və standartlaşdırma üzrə dövlət fonduna daxil edilmişdir.

Tarix:

1 İyul, 2021