İclasda “Bolluq”, Göknur Baku”, Socar Polymer, AZNAR da daxil olmaqla 20-ə yaxın şirkətin nümayəndələri iştirak etmişdir.
Komissiyanın sədri Namiq Tağıyev öz giriş nitqində 13 fevral 2019-cu il tarixli iclasda müzakirə olunan məsələlər və görülən tədbirlərlə iclas iştirakçılarını tanış etmişdir.
Komissiyanın iclası çərçivəsində müzakirələrdə iştirak etmək üçün Gömrük Komitəsinin Gömrük Tariflərinin Tənzimlənməsi və Ödənişlər Baş idarəsinin böyük inspektoru Fuad Məmmədov dəvət olunmuşdur.
İclas iştirakçıların qeyri-tarif maneələrinin aradan qaldırılması ilə bağlı suallar, problemlər, təkliflərini özündə əks etdirən qarşılıqlı müzakirələrlə davam
etmişdir.