“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsin Təlim-tədris Mərkəzi -İdarəetmə sistemləri və personalın sertifikatlaşdırılması orqanı “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının 2019-cu il 17 may tarixli 1587-VQ nömrəli Qanununa əsasən standartlaşdırma üzrə milli orqan “Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxsi Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları ilə təsdiq edilmiş Dövlət Proqramlarının və Strateji Yol Xəritələrinın müvafiq bəndlərini təmin edilməsi üçün Respublikada fəaliyyət göstərən müəssisə və təşkilatlara kömək göstərmək məqsədilə İSO standartları əsasında davamlı olaraq Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması istiqamətində Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarlarının tələbləri nəzərə alınmaqla onlayn formatda təlimlərin keçirilməsini təşkil edir.
Belə ki, Institut ölkədə ayrı-ayrı sahələrdə işləyən mütəxəssislərin peşəkarlığını və səriştəliliyini beynəlxalq standartların tələblərinə uyğunlaşdırmaq üçün təlimlərin canlı keçirilməsi mümkün olmadığından, bu təlimlərin onlayn formatda keçirilməsini planlaşdırılmış və 01-05 fevral 2021-ci il tarixlərində “İSO/İEC 27001:2013 İnformasiya Təhlükəsizliyi. Təhlükəsizlik metodları. İnformasiya təhlükəsizliyinin idarə edilməsi sistemləri. Tələblər” mövzusu üzrə, 08-12 fevral 2021-ci il tarixlərində isə İSO 17025:2017 “Sınaq və kalibrləmə laboratoriyalarının səlahiyyətliliyinə olan ümumi tələblər” mövzusu üzrə təlimin keçirilməsini təşkil etmişdir.
Təlimlərin nəticəsinə əsasən keçirilmiş testlərdə müsbət nəticə göstərmiş “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin əməkdaşlarına və 2 nəfər fiziki şəxsə 8 may 2021-ci il tarixində sertifikatlar təqdim edilmişdir.