Beynəlxalq Standartlar Günü ilə əlaqədar Azərbaycan Standartlaşdırma İnstitutunda keyfiyyət infrastrukturunun inkişaf perspektivləri, qarşıya qoyulan hədəflər və gələcək planlar müzakirə edilib. Müzakirədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəhbərliyi, eləcə də Türk Standartlar İnstitutunun və Keyfiyyət Assosiasiyasının nümayəndələri iştirak ediblər.