ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini ilə görüş keçirilib
5 İyul, 2024

Standartların dünya iqtisadiyyatında rolu, ölkəmizdə beynəlxalq standartların tətbiqi, eləcə də standartlaşdırma sahəsində əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində və Azərbaycan Standartlaşdırma İnstitutunda Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) Baş katibinin müavini Silvio Dulinski ilə görüş keçirilib. 

Görüşdə Dövlət Xidmətinin rəis müavini İlqar Həsənov keyfiyyət infrastrukturu sahəsində ölkəmizdə görülən işlər, standartlaşdırma, metrologiya, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi istiqamətində aparılan islahatlar barədə geniş məlumat verib. Xüsusilə də, “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı” çərçivəsində müxtəlif sahələrdə yeni standartların tətbiqi istiqamətində həyata keçirilən tədbirlər barədə danışıb.

Beynəlxalq Standartlaşdırma Təşkilatının Baş katibinin müavini Silvio Dulinski keyfiyyət infrastrukturunun inkişaf etdirilməsi və tənzimlənməsində standartlaşdırma sahəsinin mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb, bu sahədə qarşılıqlı əməkdaşlıq layihələrinin və təcrübə mübadiləsinin gücləndirilməsinin vacibliyini diqqətə çatdırıb.

Görüş zamanı həmçinin ISO-nun keyfiyyət təminatı sahəsində siyasəti, qurum çərçivəsində qarşılıqlı əlaqələrin gələcək perspektivləri, beynəlxalq standartların təşviqi, eləcə də təşkilatın illik iclası və digər məsələlər barədə fikir mübadiləsi aparılıb. 

Tarix:

5 İyul, 2024