ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) cari ilin 16-20 sentyabr tarixlərində CAR-ın Keyptaun şəhərində Baş Assambleyası keçirilir.
17 Sentyabr, 2019

Beynəlxalq Standartlaşdırma Təşkilatının (ISO) cari ilin 16-20 sentyabr tarixlərində CAR-ın Keyptaun şəhərində Baş Assambleyası keçirilir. Tədbir öz işinə İSO-nun İnkişaf etməkdə olan ölkələr üzrə Komitəsinin (DEVCO) iclası ilə start vermişdir. DEVCO-nun 53-cü iclasının gündəliyində dayanıqlı inkişaf üçün inkişaf etməkdə olan ölkələrdə davam edən və yaranan iqtisadi, sosial və ekoloji problemlərin nəticələrinin yaxşılaşdırılması üçün həll yollarının verilməsində beynəlxalq standartların rolu müzakirə olunur.
DEVCO üzvlərinin 70%-ni inkişaf etməkdə olan ölkələr təşkil edir. Bu nisbət İSO-nun idarəetmə orqanlarında 30%-dir. Həmin məsələnin Baş Assambleyada, DEVCO-nun plenar və panel iclaslarında qaldırılmasında əsas məqsəd inkişaf etməkdə olan ölkələrin İSO-nun fəaliyyətində, təşkilatın idarəetmə orqanlarında, texniki komitələrin iclaslarında, standartların işlənib hazırlanması və qəbul olunması proseslərində iştirakı və geniş təmsil olunmasıdır.
Standartlaşdırma üzrə milli standartlaşdırma qurumlarından, beynəlxalq təşkilatlardan təxminən 350 nümayəndə standartlaşma prosesində iştirak etmək, inkişaf etmiş ölkələrin bu sahədə təcrübələrinin tətbiqi və standartların dəyərini əsas maraqlı tərəflər və qərar qəbul edənlərə təbliğ etmək üçün bir araya gəliblər. İclasda Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev təmsil olunur.
İSO-nun 2030-cu ilə doğru inkişaf yolunu müəyyənləşdirmək və təkmilləşdirmək məqsədilə “İSO 2019 həftəsi” çərçivəsində gündəlikdə olan əsas müzakirə mövzularından biri də təşkilatın yeni inkişaf strategiyasının və standartlaşdırma üzrə yeni hədəflərinin müəyyən edilməsi kimi aktual məsələlərdir. Tədbir 20 sentyabr 2019-cu il tarixinə qədər davam edəcəkdir.

Tarix:

17 Sentyabr, 2019