ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Beynəlxalq Standartlaşdırma Təşkilatının “Metodologiya ilə tanışlıq seriyası” adlı növbəti seminar keçirilmişdir.
24 May, 2021

“Azərbaycan Standartlaşdırma İnstitutu” publik hüquqi şəxs Beynəlxalq Standartlaşdırma Təşkilatı (İSO) tərəfindən 21 may 2021-ci il tarixində təşkil olunmuş “Metodologiya ilə tanışlıq sessiyası” adlı seminarda iştirak etmişdir.

Seminarın mövzusu İnkişaf etməkdə olan ölkələr üçün əsas standartlaşdırma sahələrinin müəyyənləşdirilməsinə həsr olunmuşdur. Təklif edilən metodologiyanın əsas məqsədi inkişaf etməkdə olan ölkələr üçün xüsusi maraq kəsb edən yeni standart layihələrinin hazırlanmasını dəstəkləmək və asanlaşdırmaq, eyni zamanda inkişaf etməkdə olan ölkələrin İSO-nun texniki işində iştirakını artırmaqdır.

 

Tarix:

24 May, 2021