7, 8 və 9 iyul 2022-ci il tarixlərində Tvinninq layihəsi çərçivəsində Azərbaycan Standartlaşdırma İnstitutu" PHŞ-nin və Dövlət Turizm Agentliyinin əməkdaşları, o cümlədən “Turizm və əlaqədar xidmətlər”in standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 06) üzvləri üçün Beynəlxalq Standartlaşdırma Təşkilatının ISO/TC 228 “Turizm və əlaqədar xidmətlər” (ISO/TC 228 “Tourism and related services”) Texniki Komitəsinin meneceri olan İspaniyanın Standartlaşdırma Assosiasiyasının (UNE - Asociación Española de Normalización) eksperti Natalia Ortiz de Zarate tərəfindən videokonfrans formatında "Turizm sahəsində standartlaşdırma" mövzusunda seminar keçirilmişdir.
Sessiyada turizm üzrə Beynəlxalq, Avropa və İspaniya standartlaşdırma fəaliyyəti müzakirə olunub.
Seminar çərçivəsində macəra turizmi, turizm informasiyası xidmətləri, tibbi turizm, səhiyyə turizmi, tibbi spa, dəniz suyu ilə müalicə və rifah sahələrinə dair standart və layihələr, mövcud İSO standartlarının hazırlanmasında iştirak, onların qəbulu və ya təkrar istifadəsi ilə bağlı geniş müzakirələr olunub.