AZS 925:2022 (ГОСТ 33828-2016) “Bitki sağlamlığında bioloji mübarizə vasitələrinə və digər xeyirli orqanizmlərin dövriyyəsinə tələblər” dövlət standartı qəbul edilib.
Standart “Pestisidlər, bioloji preparatlar və aqrokimyəvi maddələr”in standartlaşdırılması üzrə Texniki Komitənin (AZSTAND/TK 23) təqdimatı əsasında İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən təsdiqlənərək standartlaşdırma üzrə normativ sənədlərin Dövlət Fonduna daxil edilib.
Bu dövlət standartı bitki mənşəli qida məhsulları istehsalında və bitki sağlamlığı sahəsində tətbiq edilir.