ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

AZSTAND-ın əməkdaşlarına biznes davamlılığı üzrə baş auditor sertifikatları təqdim edilib
2 Oktyabr, 2023

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) təşkilatçılığı ilə ISO 22301:2019 “Təhlükəsizlik və davamlılıq. Fəaliyyətin (biznesin) davamlılığının idarəetmə sistemləri. Tələblər” beynəlxalq standartı üzrə baş auditor statusunun əldə edilməsinə dair təlim keçirilib.
Beş gün davam edən təlimdə Azərbaycan Standartlaşdırma İnstitutu, "Aqrar tədarük və təchizat" ASC, “Azər-Türk Bank” ASC, “KYS” , “MPAY” QSC və digər qurumların nümayəndələri iştirak edib.
Təlimin məqsədi dövlət və qeyri-dövlət müəssisələrində biznes davamlılığı və fəaliyyətin davamlılığı prosesinin beynəlxalq standartın tələblərinə uyğun təşkil edilməsi, bu sahədə audit proqramının hazırlanması və həyata keçirilməsi üzrə ölkədə kadr potensialının inkişaf etdirilməsi olub.
Sonda təlimin mövzusu üzrə təşkil olunmuş imtahanda uğur əldə edən iştirakçılara SIGMACERT GLOBAL sertifikatlaşdırma və təlim şirkəti tərəfindən beynəlxalq statuslu baş auditor sertifikatları təqdim olunub.

Tarix:

2 Oktyabr, 2023