ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

BMT ESCAP, UNCTAD və İSO-nun birgə təşkilatçılğı ilə “Dayanıqlı inkişaf üçün qeyri-tarif vasitələri və beynəlxalq standartlar” mövzusunda beynəlxalq seminar keçirilir
12 Mart, 2019

Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev ölkəmizin rəsmi nümayəndəsi  kimi Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP), Ticarət və İnkişaf üzrə Konfransının (UNCTAD) və  Beynəlxalq Standartlaşdırma Təşkilatının (İSO) birgə təşkilatçılığı ilə cari ilin 13-15 mart tarixlərində keçiriləcək ESCAP Ticarət və İnvestisiyalar üzrə Komitəsinin  6-cı sessiyasında  və “Dayanıqlı inkişaf üçün qeyri-tarif vasitələri və beynəlxalq standartlar” seminarında  iştirak etmək üçün Tailand Krallığının Bankok şəhərində səfərdədir.

Tədbirlər “ESCAP Ticarət və İnvestisiya Həftəsi 2019” çərçivəsində keçirilir və yüksək dərəcəli hökumət nümayəndələrinin, regionun ticarət və investisiya siyasətində aparıcı rol oynayan təşkilat və biznes strukturlarının, maliyyə institutularının  təmsilçilərinin iştirakı nəzərdə tutulur. Beynəlxalq seminarın keçirilməsində əsas məqsəd “BMT-nin Dayanıqlı İnkişaf Hədəfləri”nə (SDGs) uyğun olaraq bu sahədə fəaliyyət göstərən təşkilatların ticarətdə olan qeyri-tarif vasitələrinin təsirlərinin azaldılması və beynəlxalq standartların tətbiqinin təşviq edilməsi üzrə maarifləndirilməsindən ibarətdir.

 

 

Tarix:

12 Mart, 2019