26 aprel 2022-ci il tarixində BMT-nin Avropa İqtisadi Komissiyasi (AİK-UNECE) tərəfindən davamli inkişaf standartları və gender aspektlərini nəzərə alan standartlar üzrə virtual seminar keçirilmişdir. Seminarda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nın mütəxəssisləri də iştirak etmişdirlər.
Standartların gender baxımından neytral olmadığını etiraf edən BMT AİK davamlı inkişaf sahəsində "Gender bərabərliyinə nail olmaq, bütün qız və qadınları səlahiyyətləndirmək" adlı 5-ci məqsədə uyğun olaraq gender bərabərliyinə kömək etmək məqsədilə gender amillərini nəzərə almaqla standartların işlənib hazırlanması üzrə öz təşəbbüsünü yaratmışdır.
Bu seminar standartlaşdırma və gender bərabərliyi sahəsində aparıcı mütəxəssis-praktiklər tərəfindən Dayanıqlı İnkişaf Məqsədləri sahəsində olan standartlarının praktiki anlaşılmasına yardım məqsədi ilə keçirilmişdir. Seminarda iştirakçılara gender bərabərliyinin standartlaşdımada rolu haqqında da ətraflı məlumat verilmişdir.
Sessiya iştirakçılara müvafiq standartlaşdırma orqanları üçün gender məsələləri üzrə fəaliyyət planının hazırlanmasında praktiki təcrübə əldə etmək imkanı verəcəkdir.