1 iyun 2022-ci il tarixində BMT-nin Avropa İqtisadi Komissiyasi (AİK-UNECE) tərəfindən davamli inkişaf standartları və gender aspektlərini nəzərə alan standartların hazırlaması üçün “Standartlaşdırma sahəsində tənzimləmə və siyasət sahəsində əməkdaşlıq” üzrə işçi qrupunun (WP6) növbəti içlası keçirilmişdir. İclasda “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nın mütəxəssisi də iştirak etmişdir.
Layihənin adı “Davamlı inkişaf, gender bərabərliyi və qadınların hüquq və imkanlarının genişləndirilməsi naminə standartların istifadəsinin və tətbiqinin genişləndirilməsi"dir. Bu layihə Almaniya hökumətinin töhfəsi sayəsində mümkün olmuşdur. Bu layihədə xüsusi qeyd olunur:
- Altı yüz beynəlxalq təşkilatın iyirmi min standartını əks etdirən davamlı inkişaf üçün standartlar portalı;
- Standartların hazırlanması və onların istifadəsi ilə bağlı əsas mövzular üzrə elektron tədris modulları;
- WP6 qender aspektlərini nəzərə alan, həmçinin, bu təşəbbüsdə əsas maraqlı tərəflərin nöqteyi-nəzərindən, standartların işlənib hazırlanması və onun nail olduğu tərəqqi;
- Standartların hazırlanması ilə məşğul olan təşkilatlara təklif olunan təlim vebinarlarının qısa xülasəsi;
- Standartların hazırlanması ilə məşğul olan təşkilatlardan video seriyası.
Bu işlər nəticəsində əldə edilmiş və öyrənilən nailiyyətlərdən başqa, tədbirdə potensial problemlər və gələcək addımlar da nəzərdən keçirildi.