ŞRİFTİN ÖLÇÜSÜ
A
A
A
ŞRİFTİN NÖVÜ
Poppins
Serif
RƏNGİN TƏSVİRİ

Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Saziş layihəsi üzrə danışıqların 6-cı mərhələsi keçirilir
27 Mart, 2019

Avropa İttifaqının Azərbaycan Respublikası ilə münasibətləri 1999-cu ildən qüvvədə olan Aİ-Azərbaycan Tərəfdaşlıq və Əməkdaşlıq Sazişinə əsaslanır. Siyasi dialoqa və hər iki tərəf üçün faydalı əməkdaşlığa yeni təkan vermək üçün 2017-ci ilin fevral ayından etibarən Aİ və Azərbaycan yeni çərçivə sazişinə dair danışıqlara start verilmişdir.

Danışıqlar sonuncu dəfə 2019-cu ulin 15-20 fevral tarixlərində Bakı şəhərində keçirilmiş, saziş layihəsinin əqli mülkiyyət, gömrük, əmtəə ticarəti, xidmətlər, rəqabət, dövlət satınalmaları və mübahisəli məsələlər üzrə fəsilləri müzakirə edilmişdir. Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında yeni Saziş layihəsinin Ticarət hissəsi üzrə müzakirələrin davam elətdirilməsi üçün danışıqların altıncı mərhələsi 2019-cu il 27-29 mart tarixlərində Belçika Krallığının paytaxtı Brüssel şəhərində keçirilir. Saziş layihəsinin “Ticarətdə texniki maneələr” fəslinin müzakirəsində iştirak etmək üçün Azərbaycan Standartlaşdırma İnstitutunun Baş direktoru Namiq Tağıyev Brüssel şəhərinə səfər etmişdir.

 

Tarix:

27 Mart, 2019