Yerli təsərrüfat subyektləri, o cümlədən istehsalçı və idxalçıların istehsal və idxal etdikləri malların (işlərin, xidmətlərin) keyfiyyətinə təminat verilməsi, onların daxili və xarici bazarlara çıxış imkanlarının artırılması və istehlakçı maraqlarının təmin edilməsi üçün AZSTAND tərəfindən müvafiq sınaqlar əsasında uyğunluğun qiymətləndirilməsi (sertifikatlaşdırma) həyata keçirilir.
Müvafiq hüquqi və fiziki şəxslərin müraciətləri əsasında operativlik, şəffaflıq və qərəzsizlik prinsipləri təmin edilməklə cari ilin yanvar-iyun ayları ərzində AZSTAND tərəfindən ümumilikdə 886 uyğunluq sertifikatı verilmişdir ki, bunlardan 171-i qida məhsulları, 696-sı qeyri-qida, 19-u isə xidmət sahəsini əhatə edir.